07 may 2026-cı il tarixində Astara rayon Mərkəzi Kitabxanasında Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Astara rayon üzrə baş məsləhətçisi Anar Kəkəyevin kitabxana əməkdaşları ilə görüşü keçirilib.
Görüş zamanı kitabxana fəaliyyətinin inkişafı, oxuculara göstərilən xidmət səviyyəsinin yüksəldilməsi, həmçinin mədəni-maarif tədbirlərinin daha səmərəli təşkili istiqamətində fikir mübadiləsi aparılıb. Çıxış edən Anar Kəkəyev kitabxanaların cəmiyyətin mənəvi və intellektual inkişafında mühüm rol oynadığını vurğulayaraq, əməkdaşlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Səmimi və işgüzar şəraitdə keçən görüş kitabxana əməkdaşları tərəfindən maraqla qarşılanıb.

