Çin Xalq Respublikasından gələn qonaqlar Lənkəran Mərkəzi Kitabxanası ilə yaxından tanış olublar.
Xeber24.online xəbər verir ki,
Qonaqları qarşılayan Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor v.m.i.e Arzuyə xanım Rüfullayeva onları səmimi salamlayaraq kitabxanada görməkdən məmnunluğunu ifadə edib. Daha sonra qonaqlara kitabxananın fəaliyyəti, zəngin kitab fondu və oxuculara göstərilən xidmətlər barədə ətraflı məlumat verilib.
Görüş çərçivəsində Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış lənkəranlı qəhrəmanların xatirəsinə həsr olunmuş foto stendlərə baxış keçirilib.
Çinli qonaqlar göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkür edərək bildiriblər ki, Lənkəran Mərkəzi Kitabxanası həm zəngin kitab fondu, həm də milli-mənəvi dəyərlərin qorunub təbliği baxımından çox təsirli bir mədəniyyət ocağıdır. Onlar bu cür mədəni əlaqələrin xalqlar arasında dostluq və əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verdiyini vurğulayıblar.
Sonda qonaqlar ilə xatirə şəkli çəkdirilib. 📸



