YAP Bərdə rayon təşkilatında yeni üzvlərə vəsiqələr təqdim olundu

YAP Bərdə rayon təşkilatı tərəfindən Yeni Azərbaycan Partiyasına yeni qəbul olunan üzvlərə üzvlük vəsiqələri təqdim olunub.

Xeber24.online xəbər verir ki,

YAP Bərdə rayon təşkilatından partiyaya üzv olanların sayı daim artmaqdadır.

Bu isə Ulu öndər Heydər Əliyevin ideyalarına, onun layiqli davamçısı – Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili, xarici və hərbi siyasətə olan dərin inam və ehtiramın göstəricisidir.

 

Yeni üzvlərə vəsiqələr rayon təşkilatının ərazi partiya təşkilatlarında təqdim edilib. Təqdimat mərasimində təşkilatın sədr müavini Elməddin Əsgərxanov, məsləhətçi Ceyhun Zakirov, ərazi partiya təşkilatının sədri Musa Məmmədov və partiya fəalı Vüqar Zeynalov iştirak edərək vəsiqələri yeni üzvlərə təqdim ediblər.

Yeni qəbul olunan üzvlər Yeni Azərbaycan Partiyasının sıralarına qoşulmaqdan qürur duyduqlarını ifadə ediblər.