Lənkəran Gənclər Evində Vətənpərvərlik klubunun növbəti görüşü təşkil olunub.
Tədbir Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Lənkəran şöbəsi və Əfqanıstan Veteranları İctimai Birliyinin Lənkəran şöbəsinin dəstəyi ilə baş tutub. 🤝
Xeber24.online xəbər verir ki,
Görüş iştirakçıları əvvəlcə şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. 🕯️
Tədbirdə AVMVİB-in Lənkəran şöbəsinin sədr müavini Saleh Dostiyev, Vətən Müharibəsi qazisi Əhliman Quluzadə, Əfqanıstan Veteranları İctimai Birliyinin Lənkəran şöbəsinin sədri Fəxrəddin Hüseyn, Əfqanıstan veteranı, şair Qulaməli Hüseynov çıxış edərək öz həyat və döyüş yolları haqqında danışıblar, gənclərlə təcrübələrini bölüşüblər. 🎤
Daha sonra ictimai fəal, III dəfə respublika mahnı müsabiqəsi laureatı, gənc xanəndə Allahverən Pərvizoğlu çıxış edərək vətənpərvərlik mövzusunda fikirlərini səsləndirib, bu cür görüşlərin gənclərin formalaşmasında mühüm rol oynadığını vurğulayıb. 🎶
Görüş zamanı gənclərin ünvanladıqları suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.
Sonda xatirə şəkli çəkdirilib.
✍️ Allahverən Pərvizoğlu








