Masallıda icra başçısı və hüquq-mühafizə rəhbərləri Mirsəlim Sadıqovun yas mərasimində iştirak ediblər

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və hüquq-mühafizə orqanlarının rəhbərləri uzun müddət RMX-da həkim-psixiatr kimi fəaliyyət göstərmiş, daha sonra hərbi-həkim komissiyasının üzvü olmuş Mirsəlim Ayaz oğlu Sadıqovun yas mərasimində iştirak ediblər.

Qeyd edək ki, mərhum Mirsəlim Sadıqov Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-Təşkilat məsələləri sektorunun baş məsləhətçisi Ağazahid Sadıqovun qardaşıdır.

By admin