Naxçıvanın Şahbuz rayonu Ayrınc kəndində yerləşən istirahət mərkəzlərinin birində gölməçə üzərində olan platforma aşıb, ölənlər var.Milli.Az “Nuhçıxan”a istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb.Belə ki, ailənin 2 üzvü hadisə yerində, digəri isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.Hadisədən sonra xəstəxanaya yollanan digər ailə üzvləri isə yolda qəza törədib.Yol qəzası zamanı Naxçıvan şəhər sakinləri, 1983-cü il təvəllüdlü Hüseynov Tural Əli oğlu və onun oğlu, 2007-ci il təvəllüdlü Hüseynov Nicat Tural oğlu xəsarət alıblar.Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.Baş verən hadisələrlə bağlı araşdırma aparılır.
Naxçıvanda istirahət mərkəzində ailə faciəsi – Ölənlər var – FOTO
