Bakıda daha bir PİYADA FACİƏSİ

Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Lent.az xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsinin ərazisində qeydə alınıb.

Şəmkir rayon sakini, 1980-ci il təvəllüdlü Vüsal Cahangir oğlu Əsgərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini, 1966-cı il təvəllüdlü Nailə Bəhrəm qızını Hüseynovanı vurub.

Xəstəxanaya yerləşdirilmiş N.Hüseynova orada ölüb.

Araşdırmalar aparılır.